Hindistanda yoluxma sayı 18,6 min nəfər artdı

Hindistanda yoluxma sayı 18,6 min nəfər artdı
  01 İyul 2020    Oxunub:1817
Hindistanda koronavirusa yoluxanların sayı 18,6 min nəfər artaraq 585 min 493-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, virus aşkar edilən 347 min 978 nəfər sağalıb, 17 400 xəstə vəfat edib.

Hindistan yoluxma sayına görə, Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti