Almaniyada koronavirusdan ölənlərin sayı 9 minə çatır

Almaniyada koronavirusdan ölənlərin sayı 9 minə çatır
  01 İyul 2020    Oxunub:1931
Almaniyada son sutka ərzində 466 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 194 725 nəfərə yüksəlib. Son bir gündə xəstəlikdən 12 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 8985-ə çatıb. 179.8 minə yaxın xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (48 480), Şimali Reyn-Vestfaliya (43 242) və Baden-Vürttemberq (35 694) bölgələrində aşkar edilib. Berlində 8243 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKox  





Xəbər lenti