Ermənistanın koronavirusla mübarizəsi iflasa uğrayıb

Ermənistanın koronavirusla mübarizəsi iflasa uğrayıb
  01 İyul 2020    Oxunub:2244
"Ermənistanın koronavirus epidemiyası ilə mübarizəsi iflasa uğradı. Artıq vəziyyətin düzəldilməsi üçün heç bir effektiv vasitə qalmayıb. Bu isə çox sayda xəstə və ölüm deməkdir”.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Alternativ layihələr” qrupunun üzvü, politoloq Vahe Ovannisyan bildirib.

Onun sözlərinə görə, belə hal heç bir cəmiyyətdə cavabsız qalmır. Epidemiyaya qarşı mübarizədə ən vacib olan dəqiq seçilmiş strategiya və vaxt amildir. Strategiya yoxdur, əhəmiyyətli zaman boşa getdi.

"Bu gün Ermənistanda ən vacib məsələlər nələrdir? Hökumətin yeganə strategiyası yerində olmayan çağırışlardır. Baş nazir Paşinyan çağırışla dövlət maşınının işi arasındakı fərqi başa düşmür. Çağrış xüsusi qərarlar şəklində həyata keçirildiyi təqdirdə nəticə verə bilər.

Səhiyyə naziri indiki idarəetmə ipini belə qaçırdı. Ermənistanda gündəlik qeydiyyata alınan 700 yeni yoluxma halında 1000-2000 sınaq aparılır. Dünən 1273, əvvəlki gün 1398 test aparılıb. Bu, hakimiyyətin birbaşa iflasıdır".

Politoloq deyib ki, hər səhər yüzlərlə yeni xəstə və yeni ölümlər barədə rəsmi məlumat verilir: "Epidemik vəziyyətin son dərəcə çətin olduğu barədə rəsmi məlumat alırıq. Hakimiyyətin bacarıqsız idarəetməsi xəstələrin və ölənlərin sayının artmasına səbəb oldu.

Fövqəladə vəziyyət elan edilib, ancaq fövqəladə komendatura yoxdur. Əhalinin həyatı getdikcə daha da çətinləşir, belə bir vəziyyətdə isə hakimiyyətə səssizcə tabe olan parlament müxtəlif qanunların təcili qəbul edilməsi üçün fövqəladə vəziyyətdən istifadə edir".

Erməni politoloq bildirib ki, epidemiya ilə mübarizədə bacarıqsız, pis idarəetmə faktı ortadadır: "Biz bunun üçün çox yüksək bir qiymət ödəyirik. Bacarıqsız idarəetmə hər yerdədir. Son günlərdə qəbul edilən bütün qanunlar diqqətsiz hazırlanıb - məzmundan tətbiqetmə mexanizmlərinə qədər. 2018-ci ilin böyük dəyişikliklər və böyük gözləntilər brendi dəyişdi. Pis idarəetmə Ermənistanın bugünkü brendidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti