Ermənistanda koronavirusa yoluxma sayı 26 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 26 mini keçdi
  01 İyul 2020    Oxunub:2020
Ermənistanda son sutka ərzində daha 523 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 26 min 65 nəfərə çatıb.

Son sutkada 10 xəstə həyatını itirib. Virusa yoluxma nəticəsində ölənlərin sayı 453 nəfər olub.

İndiyədək 14 min 563 xəstə sağalıb. Koronavirusa yoluxub, digər xəstəlikdən ölənlərin sayı isə 149 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti