Töhmət alan məmur koronavirusdan sağaldı

Töhmət alan məmur koronavirusdan sağaldı
  01 İyul 2020    Oxunub:2052
Qazaxıstan Baş Nazirinin müavini Yeralı Tuqjanov koronavirusdan sağalıb və işə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. 10 günlük müayinədən sonra onun testi mənfi nəticə göstərib.

Qeyd edək ki, Tuqjanov iyunun 18-də koronavirusa yoluxduğunu bildirmişdi.

Bazar ertəsi Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev koronavirus infeksiyasının yayılması ilə əlaqədar iclasda məmurları, xüsusən də pandemiya ilə bağlı qurumlararası komissiyaya rəhbərlik edən Tuqjanovun işini tənqid edib və ona töhmət verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YeralıToqjanov  





Xəbər lenti