Ruhani: ABŞ Suriyanın sərvətlərini talan edir

 Ruhani: ABŞ Suriyanın sərvətlərini talan edir
  01 İyul 2020    Oxunub:2668
ABŞ-ın Suriyanın neft hasil edən bölgələrindəki hərəkətləri Suriya xalqının sərvətlərini talan etməsi deməkdir.
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında görüşdə deyib.

Ruhani bildirib ki, ABŞ-ın işğalçı qüvvələrinin Suriyada qanunsuz olaraq yerləşməsi bu ölkədə, eləcə də bütün bölgədə sabitliyi pozan amildir. Bundan əlavə, Amerikanın Suriyanın neft istehsal edən bölgələrində etdiyi qanunsuz hərəkətlər əslində Suriya xalqının sərvətlərinin talan edilməsidir.

Ruhani ABŞ-ın Suriyadan və bütün bölgədən qoşunlarını çıxarmalı olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti