Türkiyədə koronavirusa yoluxma sayı 200 mini keçdi

 Türkiyədə koronavirusa yoluxma sayı 200 mini keçdi
  02 İyul 2020    Oxunub:3226
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1192 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5150, virusa yoluxanlar isə 201 min 98 nəfərə çatıb.

Türkiyədə indiyədək 175 min 422 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti