Rusiyada ümumxalq səsverməsi başa çatıb

Rusiyada ümumxalq səsverməsi başa çatıb
  02 İyul 2020    Oxunub:2849
Bu gün Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib.
Azvision.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

Rusiya Mərkəzi Seçki Komissiyası səslərin hesablanmasına start verib. İlkin məlumata əsasən, ölkə üzrə seçici fəallığı 64,9 faiz olub.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə səsvermə bir həftə ərzində həm onlayn, həm də canlı davam edib.

Azvision.az


Teqlər: Rusiya   Referendum  





Xəbər lenti