Qarabağda koronavirusa yoluxma sayı 125-ə çatıb

Qarabağda koronavirusa yoluxma sayı 125-ə çatıb
  02 İyul 2020    Oxunub:2455
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində daha 6 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, yoluxmalar Şuşa və Xankəndi şəhərlərində qeydə alınıb.

Bununla da işğal altındakı ərazilərdə virusa yoluxanların sayı 125 nəfərə çatıb. Hazırda 70 nəfər təcrid olunub, indiyədək 1982 test keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti