İspaniyada işsizlərin sayı kəskin artıb

İspaniyada işsizlərin sayı kəskin artıb
  02 İyul 2020    Oxunub:2720
İspaniyada işsizlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda 3,86 milyon nəfər işsizdir, keçən ilin iyun ayında bu rəqəm üç milyon olub. İşsizlərin sayının artmasına səbəb koronavirus pandemiyasının yayılması göstərilir.

Qeyd edək ki, İspaniyada 250 minə yaxın insan koronavirusa, 28 mindən çox şəxs həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   işsizlik   virus  





Xəbər lenti