Ukraynada mədənçilər 3 gündür aksiya keçirir

Ukraynada mədənçilər 3 gündür aksiya keçirir
  02 İyul 2020    Oxunub:2467
Ukraynada mədənçilər 3-cü gündür ki, Prezident Vladimir Zelenskinin ofisinin yaxınlığında aksiya keçirir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazçılar maaşlarının ödənilməsini tələb edirlər. Onlar şüarlar sələndirir, hökuməti kömür sənayesini qorumağa çağırırlar.

Bir gün əvvəl etirazçılar Zelenskinin ofisinin yaxınlığında çadır qurmaq istəyiblər, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyib. Bundan sonra polislərlə nümayişçilər arasında münaqişə yaşanıb.

Prezident aparatı rəhbərinin müavini Yulia Kovaliv mədənçilərin yanına gedib. O, ilin əvvəlindən toplanmış əmək haqqı borclarının ödənilməli olduğunu bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti