Belarusda bir gündə 274 nəfər virusa yoluxub

Belarusda bir gündə 274 nəfər virusa yoluxub
  02 İyul 2020    Oxunub:2628
Belarusda koronavirus infeksiyasına yoluxanların sayı bir gündə 274 nəfər artaraq 62 min 698-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son sutkada 7 xəstə vəfat edib, virus qurbanlarının ümumi sayı 405 nəfərdir.

Xatırladaq ki, əvvəlki günlərdə ölkədə maksimum artım 973-ə çatırdı, lakin son vaxtlar bu göstərici 400-dən aşağı düşüb. Bu gün isə Prezident Aleksandr Lukaşenko Belarusun koronavirus infeksiyası üzərində artıq qələbə çaldığını bəyan edib.

Azvision.az


Teqlər: AleksandrLukaşenko  





Xəbər lenti