Britaniya 75 ölkə ilə səyahət karantinini ləğv edir

  02 İyul 2020    Oxunub : 2363
Britaniya 75 ölkə ilə səyahət karantinini ləğv edir
Böyük Britaniya hökuməti hava məkanındakı məhdudiyyətləri yüngülləşdirəcək və 75 ölkənin vətəndaşları üçün karantin qaydalarını ləğv edəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniya tezliklə Avropa İttifaqı, Bermud, Qibraltar, Tayland, Yeni Zelandiya ərazilərinə səyahət qadağasını aradan götürməyi planlaşdırır.

Xatırladaq ki, iyunun 26-da Britaniya Fransa, Yunanıstan və İspaniyadan gələn qonaqlar üçün karantin rejimini yüngülləşdirəcəyini bəyan edib.

"Aydındır ki, ən qısa müddətdə turizm sektorunu bərpa etmək istəyirik. Əminəm ki, yaxın gələcəkdə yaxşı xəbərlər verəcəyik", - deyə İcmalar və yerli özünüidarəetmə naziri Saymon Klark vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Britaniya   Səyahət