Almaniyada COVID-19-dan ölüm sayı 9 mini ötüb

Almaniyada COVID-19-dan ölüm sayı 9 mini ötüb
  03 İyul 2020    Oxunub:1962
Almaniyada son sutka ərzində daha 503 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 195 674 nəfərdir, onlardan təxminən 181 mini sağalıb, 9003 xəstə vəfat edib.

Ən çox yoluxma Bavariya (48 587), Şimali Reyn-Vestfaliya (43 660) və Baden-Vürttemberq (35771) bölgələrində aşkar edilib. Berlində 8345 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti