Çində koronavirusa 9 yeni yoluxma qeydə alınıb

Çində koronavirusa 9 yeni yoluxma qeydə alınıb
  03 İyul 2020    Oxunub:1778
Çində son sutkada 5 nəfərdə yeni növ koronavirusun aktiv, 4 nəfərdə isə simptomsuz yoluxma halı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Gün ərzində virusdan ölən olmayıb, 12 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Koronavirusa yeni yoluxmalar Pekində qeydə alınıb.

Epidemiya başlayandan Çində 83 542 nəfər koronavirusa yoluxub, 78 499 xəstə sağalıb, 4634 nəfər vəfat edib.

Qeyd edək ki, iyunun 11-də Pekində "Sinfadi" topdansatış bazarı ilə əlaqəli yeni yoluxma halları aşkarlanıb. Bununla əlaqədar bazar bağlanıb, paytaxtda karantin tədbirləri sərtləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pekin  





Xəbər lenti