Ermənistanın müxalifət lideri Rusiyaya sığındı

 Ermənistanın müxalifət lideri Rusiyaya sığındı
  03 İyul 2020    Oxunub:2065
"Birmənalı şəkildə bəyan edirəm ki, Ermənistanda ən böyük müxalifətçi siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” partiyasının lideri, bir vətəndaş olaraq ölkəmizdə anti-Rusiya düşüncələrini formalaşdırmağa yönəlmiş təxribatların qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, son zamanlar Ermənistanda anti-Rusiya və anti-dövlət qüvvələrinin fəal səyləri ilə ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə kəskinləşməsi baş verir.

“Bu qüvvələrin son məqsədi xalqlarımız arasındakı dostluq əlaqələrini pozmaqdır. Nümunə olaraq qeyd etmək lazımdır ki, 102-ci hərbi bazanın ölkəmizdən çıxarılmasına səbəb olacaq Rusiya ilə hərbi müqaviləyə yenidən baxılmasının zəruriliyi barədə tezis erməni cəmiyyətinə bilərəkdən təqdim olunur.

Düşünürəm ki, bu, təkcə Türkiyənin və Azərbaycanın arzusu deyil, eyni zamanda bütün bölgədə onsuz da kövrək bir vəziyyətin alovlanmasına münbit zəmin yaradan amildir.

Əminəm ki, Ermənistanın inkişafı, ölkəmizin təhlükəsizliyini, müstəqilliyini möhkəmləndirmək üçün Rusiya ilə münasibətlərimizi həm ikitərəfli, həm də MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT çərçivəsində gücləndirməliyik", - deyə partiya lideri vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  





Xəbər lenti