Qırğızıstanda minə yaxın tibb işçisi virusa yoluxub

Qırğızıstanda minə yaxın tibb işçisi virusa yoluxub
  03 İyul 2020    Oxunub:1566
Qırğızıstanda koronavirusa 506 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ölkədə pandemiyanın başlamasından bəri sutka ərzində müşahidə olunan ən böyük göstəricidir.

Qırğızıstanda virusa yoluxanların ümumi sayı 6767 nəfərə çatıb. Onlardan 994-ü tibb işçisidir. İndiyədək 76 xəstə həyatını itirib, 2655 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Qırğızıstan   virus  





Xəbər lenti