Qarabağda koronavirusa yoluxanların sayı artıb

Qarabağda koronavirusa yoluxanların sayı artıb
  03 İyul 2020    Oxunub:2584
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində daha 4 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, işğal edilmiş ərazilərdə ümumi yoluxma sayı 129 nəfərə çatıb.

Yeni yoluxmalar Azərbaycanın Xankəndi şəhərində qeydə alınıb. Hazırda Qarabağda 85 nəfər təcrid olunub, indiyədək 2014 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xankəndi   Qarabağ   Koronavirus  





Xəbər lenti