Hüseynov qardaşlarının anası erməni imiş - Sensasion müraciət

 Hüseynov qardaşlarının anası erməni imiş -  Sensasion müraciət
  03 İyul 2020    Oxunub:161531
Bu yaxınlarda “1news.az” saytının redaksiyasına sensasion müraciət daxil olub.
Müraciət kifayət qədər ciddi olduğundan yayımlamadan əvvəl məlumatların etibarlılığını yoxladıq və informasiyanın həqiqiliyinə əmin olduqdan sonra onu çap etmək qərarına gəldik.

Azvision.az müraciətin mətnini olduğu kimi təqdim edir:

“Hər vaxtınız xeyir, hörmətli redaksiya.

Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.

Əvvəlcə qeyd edim ki, bu, özlərini "demokratiya və azərbaycanlıların hüquqları" uğrunda fəal mübarizə aparan qardaşlar Emin və Mehman Hüseynovlara aiddir. Daha dəqiq desək, onların valideynlərindən birinə. Yəni anaları, qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahim qızı Hüseynovaya.

Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə Yevgeniya Qriqoryevna Ovanesova adını daşıdığını aşkar etdim.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına Qriqoryevna sonradan əlavə edilib).

Həqiqətən Yevgeniya Ovanesova İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).

1967-ci ildə 20 yaşı olarkən Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, maraqlı bir vəziyyət ortaya çıxır – demək olar ki, “Azərbaycanda demokratiya uğrunda mübarizə aparan” əsas iki nəfərin anası erməni olub. Bu, ictimaiyyətdən çox diqqətli bir şəkildə gizlədilib.

Baxmayaraq ki, onların Azərbaycan uğrunda necə döyüşdükləri də ritorik sualdır.

Emin Hüseynovun Varşavada ATƏT / DTİHB tədbiri zamanı “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” bəyanatını hamımız xatırlayırıq və buna göz yummamalıyıq.

Onda E.Hüseynov, həmçinin əlavə etdi ki, azərbaycanlılar guya “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”.

Bu alovlu çıxışdan sonra erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaq üstündə alqışladı.

Maraqlıdır, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan, Yevgeniya Ovanesovanın cənazəsində “bu qadın Azərbaycanın iki əsl patriotunu necə yetişdirə bilib”, - deyə təriflər yağdıran müxalif AXCP sədri Əli Kərimli bundan xəbərdar olub?



Sonda, Hüseynov qardaşları özləri analarının mənşəyi haqqında bu məlumatı şərh edəcəklərmi?

Yaşayıb, görərik..."

Firəngiz Bədirza-dənin (Yevgeniya Ovanesova) doğum haqqında şəhadətnaməsi





Firəngiz Bədirza-dənin (Yevgeniya Ovanesova) övladlığa götürülmə aktı





Azvision.az


Teqlər: ATƏT/DTİHB  





Xəbər lenti