Fransanın yeni Baş Naziri məlum oldu

  03 İyul 2020    Oxunub : 2324
 Fransanın yeni Baş Naziri məlum oldu
Fransa Prezidenti Emmanuel Makron Jan Kasteksi Baş Nazir təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Jan Kasteks Prad şəhərinin meri olub. Aprel ayında ona ölkənin təcrid rejimindən çıxması prosesini idarə etmək tapşırılıb.

Qeyd edək ki, Eduard Filip bu gün Baş Nazir postundan istefa verib. O, 2017-ci ildən bu vəzifədə çalışıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Fransa   Başnazir