Həbib Nurməhəmmədovun atası dəfn edilib

  04 İyul 2020    Oxunub : 2702
Həbib Nurməhəmmədovun atası dəfn edilib
Koronavirusdan dünyasını dəyişən Rusiyanın Əməkdar məşqçisi, UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov Dağıstanın Kirovaul kəndində dəfn edilib.
Azvision.az xəbər verir ki, dəfn mərasimində mərhumun yalnız ailə üzvləri və yaxın qohumları iştirak edib.

Çeçenistan lideri Ramzan Kadırov hökumət nümayəndələri ilə gələrək ailənin yaxınlarına başsağlığı verib.

Abdulmanap Nurməhəmmədovun 58 yaşı var idi. Rusiyanın Əməkdar məşqçisi, sərbəst güləş üzrə idman ustası olub. Döyüş sambosu üzrə 18 dünya çempionunu yetişdirib.

İyunun 22-də Həbib Nurməhəmmədov atasının koronavirus infeksiyasına yoluxduğunu bildirmişdi. Abdulmanap Nurməhəmmədov Moskvada müalicə olunurdu. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AbdulmanapNurməhəmmədov