Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır

  04 İyul 2020    Oxunub : 2840
Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır
Ermənistanda son sutka ərzində daha 580 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 27 900 nəfərə çatıb.

Son sutkada 8 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 477 nəfər olub. İndiyədək 15 935 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 157 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan