Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini ötüb

 Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini ötüb
  05 İyul 2020    Oxunub:4611
Ermənistanda son sutka ərzində daha 706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 min 606 nəfərə çatıb.

Son sutkada 7 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 484 nəfər olub. İndiyədək 16 min 140 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 158 nəfərdir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti