Rusiyada helikopter qəzası: Ölən və yaralı var

Rusiyada helikopter qəzası:  Ölən və yaralı var
  06 İyul 2020    Oxunub:2497
Rusiyanın Rostov əyalətində “Mi-2” helikopteri sərt eniş edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kirsalovo qəsəbəsində baş verib. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə səbəb mühərrikdə nasazlığın yaranması olub.

Hazırda xilasedicilər helikopteri sudan çıxarmağa çalışırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti