Dünya şöhrətli italyan bəstəkar vəfat etdi

Dünya şöhrətli italyan bəstəkar vəfat etdi
  06 İyul 2020    Oxunub:2575
Dünya şöhrətli italyan bəstəkar Ennio Morrikone vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri yazıb.

Məlumata görə, bəstəkar iyulun 6-na keçən gecə Romadakı klinikalardan birində dünyasını dəyişib.

O, bir neçə gün əvvəl yıxılmış, bud sümüyü qırılmışdı.

Bəstəkar kinematoqrafiyada nailiyyətlərinə görə, 2007-ci ilin "Oskar" mükafatının laureatı olub. Film üçün ən yaxşı musiqi "David di Donatello"ya görə isə İtaliya milli kinopremiyasının səkkizqat laureatıdır. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərindəki musiqiləri ilə bütün dünyada məşhurlaşıb.

Morrikone 91 yaşında dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Roma  





Xəbər lenti