Rusiyada son sutkada 6611 yoluxma qeydə alındı

Rusiyada son sutkada 6611 yoluxma qeydə alındı
  06 İyul 2020    Oxunub:3203
Rusiyada son sutka ərzində 6611 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə yoluxma sayı 687 min 862 nəfərə çatıb.

Son bir gündə virusa yoluxmuş 135 xəstə vəfat edib. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 10 min 296 nəfərdir. İndiyədək 454 329 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti