Cənubi Koreyanın COVID-19 statistikası

  06 İyul 2020    Oxunub : 2440
Cənubi Koreyanın COVID-19 statistikası
Cənubi Koreyada son sutka ərzində koronavirusa 48 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ümumi yoluxma sayı 13 min 137-yə yüksəlib, indiyədək 11 min 848 xəstə sağalıb.

Pandemiya qurbanlarının sayı 284 nəfərdir. Son bir həftə ərzində ölkədə gündəlik yoluxma sayı 40-70 arasında dəyişir.

Virus aşkar edilən şəxslərdən 24-ü yerli, digər 24-ü isə idxal olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SəhiyyəNazirliyi