İspaniyada helikopter qəzası: Ölənlər var

İspaniyada helikopter qəzası:  Ölənlər var
  06 İyul 2020    Oxunub:2935
İspaniyada baş vermiş helikopter qəzasında iki nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Kataloniya hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə Leyda əyalətində qeydə alınıb. Helikopter elektrik xətlərini yoxlamaq məqsədilə uçuş edərkən qəzaya düşüb. Nəticədə yaxınlıqda saxlanılan avtomobil yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovun meşəlik əraziyə keçməsinin qarşısını alıblar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İspaniya   qəza  





Xəbər lenti