Almaniyada bir gündə 390 nəfər koronavirusa yoluxdu

Almaniyada bir gündə 390 nəfər koronavirusa yoluxdu
  07 İyul 2020    Oxunub:1828
Almaniyada koronavirusa yoluxanların sayı bir gündə 390 nəfər artaraq 196 min 944-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və COVID-19 xəstəliyinə yoluxmanın statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son sutkada virusa yoluxmuş 8 nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 9024 nəfərdir. İndiyədək 182,7 mindən çox xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (48 852), Şimali Reyn-Vestfaliya (44 158) və Baden-Vürttemberq (35 862) bölgələrində qeydə alınıb. Paytaxt Berlində 8462 yoluxma aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti