“Azərbaycana hər zaman dəstək verməyə hazırıq” - Britaniya səfiri

  07 İyul 2020    Oxunub : 2100
 “Azərbaycana hər zaman dəstək verməyə hazırıq” -  Britaniya səfiri
Böyük Britaniya bərpa olunan enerji sahəsinin inkişafında Azərbaycana hər zaman dəstək verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Səfir dünən Azərbaycanla Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin videokonfrans formatında görüşünün maraqlı keçdiyini əlavə edib: “Nazirlərimiz arasında maraqlı görüş keçirildi”.

Xatırladaq ki, dünən Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Britaniyanın Dövlət katibinin parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan