Türkiyədə yanğına görə bir kənd tamamilə boşaldıldı

  07 İyul 2020    Oxunub : 1642
Türkiyədə yanğına görə bir kənd tamamilə boşaldıldı
Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazidə güclü yanğın olub.
Azvision.az xəbər verir ki, Gelibolu rayonunda qeydə alınan yanğının söndürülməsi üçün əraziyə 2 amfibiya təyyarəsi, 20 helikopter, 20-ə yaxın yanğınsöndürən maşın və 400-ə yaxın mütəxəssis cəlb olunub.

Meşə yanğını ilə əlaqədar 300 nəfər əhalisi olan Yalova kəndi tamamilə boşaldılıb.

Azvision.az

Teqlər: Türkiyə   Meşə   Yanğın