“TikTok” ABŞ-da qadağan edilə bilər

  07 İyul 2020    Oxunub : 2311
 “TikTok” ABŞ-da qadağan edilə bilər
ABŞ ölkədə Çin tətbiqi olan “TikTok”un qadağan edilməsini nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo “Fox News”a deyib.

"Biz bunu çox ciddi qəbul edirik və əlbəttə ki, məsələni nəzərdən keçiririk. Sizi əmin edə bilərəm ki, insanların mobil telefonlarına quraşdırılmış Çin tətbiqləri ilə bağlı ABŞ nə lazımdırsa edəcək", - deyə Pompeo bildirib.

Dövlət katibinin sözlərrinə görə, əgər insanlar bu tətbiqin istifadəsi ilə şəxsi məlumatlarının Çin Kommunist Partiyasının əlində olmasını istəyirlərsə, onda istifadə etsinlər.

Qeyd edək ki, daha əvvəl Hindistanda “TikTok” daxil olmaqla, Çinin 59 proqramı qadağan edilib. “TikTok” Çinin "ByteDance" şirkətinə məxsusdur və qısa videolar yaratmaq, izləmək üçün bir tətbiqdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin