Ermənistanda COVID-19-a yoluxanların sayı 29 mini ötdü

  07 İyul 2020    Oxunub : 2110
Ermənistanda COVID-19-a yoluxanların sayı 29 mini ötdü
Ermənistanda son sutka ərzində daha 349 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 min 285 nəfərə çatıb.

Son sutkada 12 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 503 nəfər olub.

İndiyədək 16 min 907 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 164 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koronavirus   Pandemiya