Paşinyanın saxta reytinq oyunu

 Paşinyanın saxta reytinq oyunu
  07 İyul 2020    Oxunub:3188
“Gallup” sosioloji xidmətinin Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti ilə bağlı sorğusunun nəticələri reallığı əks etdirmir.
Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu günlərdə “Gallup”un sorğusunda respondentlərin 85% -i Nikol Paşinyanın fəaliyyətini müsbət qiymətləndirib ki, bu da müxtəlif müzakirələrə səbəb olub.

“Mənbələrimizə görə, əslində bu anketlər ciddi metodoloji səhvlərə malikdir və heç bir halda reallığı əks etdirmir. Bu cür "rəqəmlər" hakimiyyət tərəfindən yalnız PR məqsədləri üçün ortaya atılır. Fakt budur ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan gizli sorğular hakimiyyət üçün vacibdir və bu sorğuların nəticəsi yayımlanmır. Hökümətdəki mənbələrdən alınan son məlumatlara görə, Paşinyanın reytinqi sürətlə aşağı düşür".

"Past"ın məqaləsində qeyd olunub ki, burada başqa diqqətçəkən bir məqam var: "Söhbət ondan gedir ki, həmin sorğulara görə, hakimiyyətdən narazı olanların statistikası kifayət qədər yüksəkdir, lakin hələ də onlar yeni lider məsələsi barədə qərar verməyiblər. Məhz bu hal Paşinyanın reytinqinin tamamilə çökməsinə imkan vermir. Lakin bu durum hökumət rəhbərini daha da əsəbiləşdirir, çünki çox yaxşı başa düşür ki, ondan qopan bu kütlə hər an onun radikal əleyhdarları ilə siyasi sahəyə çıxa bilər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MilliTəhlükəsizlikXidməti  





Xəbər lenti