VETO: Paşinyan xarici agentlər şəbəkəsinə xidmət edir

  VETO:  Paşinyan xarici agentlər şəbəkəsinə xidmət edir
  07 İyul 2020    Oxunub:5210
“Ölkədə hakimiyyəti mənimsəyən qüvvə xarici agentlər şəbəkəsinə xidmət edir. Onlar fövqəladə vəziyyət rejimi altında sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır”.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "VETO" ictimai-siyasi hərəkatının bəyanatında bildirilib.

Qeyd edilib ki, son 4 ayda hakim siyasi qüvvə qanunsuz olaraq tətbiq olunan ictimai müqavimətin olmamasından faydalanaraq, açıq şəkildə anti-dövlət, anti-milli gündəmə xidmət edir - erməni Apostol Kilsəsi ilə mübarizə aparır, uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıqla bağlı müxtəlif konvensiyaları ratifikasiya edir, ardıcıl olaraq ermənişünaslıq fənlərini tədris planlarından çıxarır, əvəzində cinsi tərbiyə ilə bağlı proqramlar təqdim edir, trans-fahişələrin maneəsiz fəaliyyət göstərməsini təmin edir, onların müdafiəsinə qalxır.

"Bu il 13 iyulda hökumət bir daha mitinq azadlığı hüququnu məhdudlaşdıraraq, fövqəladə vəziyyət rejimini qanunsuz olaraq uzatmaq niyyətindədir. Buna etiraz olaraq “VETO” ictimai-siyasi hərəkatının lideri Narek Malyan öz avtomobilində yürüşə çıxaraq, təkbaşına kampaniya aparacaq. Bu, heç bir şəkildə qərarlara və məhdudiyyətlərə zidd deyil”, - deyə qeyd olunub

Bəyanatda, həmçinin vurğulanıb ki, hakimiyyətin qanunsuz fəaliyyətindən və ölkədəki vəziyyətdən narahat olan bütün insanlar, ictimai və siyasi qüvvələr avtoyürüş aksiyasına qoşula bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NarekMalyan  





Xəbər lenti