“Lotu Quli”nin dəstəsinə qarşı əməliyyat - Saxlanılanlar var (FOTO)

 “Lotu Quli”nin dəstəsinə qarşı əməliyyat -  Saxlanılanlar var (FOTO)
  07 İyul 2020    Oxunub:4475
"Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun dəstəsinin üzvləri saxlanılıb.
Azvision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, onlar ölkənin Təhlükəsizlik Xidmətinin Odessada keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Belə ki, vətəndaşları və sahibkarları təhdid edən beynəlxalq mütəşəkkil qrup barədə məlumat daxil olub. Onlar bu gün günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstə üzvlərini zərərsizləşdirib.

İlkin məlumata görə, dəstənin tərkibinə bölgənin 10-dan çox sakini daxil olub. Onlar, həmçinin süni şəkildə münaqişələr yaradaraq insanlardan pul tələb ediblər. Pul verilməyəcəyi halda isə, insanları zorakılıq və fiziki ziyanla hədələyiblər.

Cinayətkar qrupun dörd üzvü həbs olunub, digərləri axtarışdadır.





Azvision.az


Teqlər: Odessa   Quli   Əməliyyat  





Xəbər lenti