Dünyada koronavirusa yoluxanların sayı 11,8 milyonu ötüb

   Dünyada koronavirusa yoluxanların sayı 11,8 milyonu ötüb
  08 İyul 2020    Oxunub:2826
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artaraq 11 milyon 854 min 847 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 543 min 674 nəfərdir.

İndiyədək 6 milyon 815 min 441 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti