Qırğızıstanda 1287 tibb işçisi virusa yoluxdu

Qırğızıstanda 1287 tibb işçisi virusa yoluxdu
  08 İyul 2020    Oxunub:2435
Qırğızıstanda son sutkada koronavirusa 345 yeni yoluxma qeydə alınıb, 13 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə respublika qərargahından bildirilib.

Yeni yoluxanlar arasında 62 tibb işçisi də var. Ümumilikdə, pandemiya zamanı 1287 tibb işçisində koronavirus aşkarlanıb.

Beləliklə, bu günə qədər Qırğızıstanda virusa yoluxanların sayı 8486 nəfərə çatıb, 112 nəfər pandemiyanın qurbanı olub, 2983 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti