Ermənistanda polisi bıçaqladılar

Ermənistanda polisi bıçaqladılar
  08 İyul 2020    Oxunub:2860
Ermənistanda polis əməkdaşı bıçaqlanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Vardenis şəhər polis idarəsində baş verib.

Tsovak kəndinin 28 yaşlı sakini Artak Manukyan bölməyə gəlib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə edib.

31 yaşlı baş serjant Akob Dalaryan onu sakitləşdirməyə çalışarkən, həmin şəxs polisə bud və sinə nahiyəsindən bıçaq zərbələri endirib.

Polis xəstəxanaya çatdırılıb, hadisəni törədən şəxs isə saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AkobDalaryan  





Xəbər lenti