ATƏT Safronovun həbsi ilə bağlı bəyanat verdi

 ATƏT Safronovun həbsi ilə bağlı bəyanat verdi
  08 İyul 2020    Oxunub:3065
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Desir “Roskosmos” rəhbərinin müşaviri İvan Safronovun həbsinin keçmişdəki jurnalist fəaliyyəti ilə əlaqəli olmadığına ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.

“Rusiyada iki ay müddətinə həbs edilmiş "Kommersant" və "Vedomosti" qəzetlərinin keçmiş jurnalisti İvan Safronovla bağlı məsələ narahatlıq doğurur. Ümid edirəm ki, həbs onun keçmiş jurnalist araşdırmaları ilə əlaqəli deyil. Bu məsələni yaxından izləməyə davam edəcəyəm", - deyə Desir vurğulayıb.

Xatırladaq ki, Safronov dövlətə xəyanət şübhəsi ilə saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Roskosmos  





Xəbər lenti