MSK “Parlaq Ermənistan”a yeni mandat vermədi

  08 İyul 2020    Oxunub : 2221
MSK “Parlaq Ermənistan”a yeni mandat vermədi
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) özünü müstəqil deputat elan edən Arman Babajanyanın “Parlaq Ermənistan” fraksiyasından ayrılmasından sonra onlara əlavə mandat verməyib.
Azvision.az -ın məlumatın görə, MSK-nın qərarı barədə qurumun sədri Tiqran Mukuçyan məlumat verib.

Bundan əvvəl fraksiyanın rəhbəri Edmon Marukyan MSK-ya onlara əlavə mandat ayrılması üçün müraciət edb.

Mukuçyan qərarı MSK tərəfindən fraksiyalara yalnız boş yer olduqda yeni deputat mandatları verməsi ilə izah edib. Lakin Babajanyan vəzifələrini icra etməyə davam edir və mandatdan imtina etməyi düşünmür.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: TiqranMukuçyan