Merkelin yeni Avropa planı

Merkelin yeni Avropa planı
  08 İyul 2020    Oxunub:2750
Almaniya Avropa İttifaqı Şurasının müvəqqəti sədri kimi yalnız qısa müddətdə Avropa iqtisadiyyatının bərpası üzərində işləmək niyyətində deyil, eyni zamanda Aİ-nin beynəlxalq aləmdəki yerinin qorunub saxlanmasına zəmanət verir.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel ölkəsinin sədrliklə bağlı proqramını açıqlayarkən deyib.

"Almaniyanın Aİ sədrliyindəki prioriteti böhrandan çıxmaq üçün Avropa İttifaqını gücləndirmək olacaq. Biz yalnız Avropanı qısa müddətdə sabitləşdirmək istəmirik, beynəlxalq aləmdə öz yerini qoruyacaq, yeniliklərə diqqətlə yanaşan, özünə inamlı Avropa yaratmaq istəyirik".

O, bu vəzifələri icra edərkən Aİ iqtisadiyyatının bərpası üçün Almaniya-Fransa təklifi əsasında 500 milyard avro dəyərində fondun yaradılmasına güvənməyi təklif edib.

"Bizim vəzifəmiz ən qısa zamanda razılığa gəlməkdir, vaxt itirə bilmərik. Hər istiqamətdə kompromis əldə etməli olacağıq", - deyə Merkel vurğulayıb.

Qeyd edək ki, iyulun 1-də Almaniyanın Aİ Şurasına altı aylıq sədrliyi başlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti