Çində son sutkanın koronavirus statistikası

Çində son sutkanın koronavirus statistikası
  09 İyul 2020    Oxunub:1924
Çində son sutka ərzində koronavirus infeksiyasına 9 yeni yoluxma qeydə alınıb, daha 6 asimptomatik daşıyıcı aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bir gündə 42 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Bütün yeni yoluxmalar ölkəyə idxal olunub.

Ümumilikdə, Çində 83 581 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 590 nəfər sağalıb, 357 COVID-19 xəstəsinin müalicəsi davam edir. Virusa yoluxmuş 4634 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus   Pandemiya  





Xəbər lenti