Sabiq prezident istintaq təcridxanasına köçürülüb

  09 İyul 2020    Oxunub : 1443
Sabiq prezident istintaq təcridxanasına köçürülüb
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniyadan sağalaraq istintaq təcridxanasına köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Həkimlər məsləhətləşmə apardılar, nəticədə Atambayevin yenidən istintaq təcridxanasına qaytarılması barədə qərar verildi", - deyə məlumatda bildirilib.

Keçmiş prezidentin vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Atambayev iyunun 30-da ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Koronavirus şübhəsi olsa da, testin nəticəsi mənfi çıxıb.

Xatırladaq ki, sabiq prezident 11 il müddətinə azadlıqdan məhrum edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Atambayev