Özbəkistanda karantin rejimi yenidən sərtləşdirildi
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Özbəkistan Novruz Aşumatov bildirib.
Həmçinin, geyim bazarları, iri mağazalar, idman salonları, fitness klubları və hovuzların işi dayandırılıb, uşaq bağçaları, iaşə obyektləri (çatdırılma xidmətləri istisna olmaqla), pansionatlar, sanatoriyalar, uşaq düşərgələri və istirahət zonaları yenidən bağlanıb.
İyulun 13-dən başlayaraq hava və dəmir yolu nəqliyyatı daxil olmaqla Özbəkistanda daxili marşrutlar dayandırılır. İyulun 10-dan isə regionlar arasında avtobusların hərəkəti məhdudlaşdırılır.
"Vətəndaşların sərhəd məntəqələrindən karantin zonalarına daşınması üçün avtobus səfərlərinin təşkilinə icazə verilir", - deyə Aşurmatov əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NovruzAşumatov