Azərbaycan səfiri intihar edən merdən yazdı

  10 İyul 2020    Oxunub : 3107
 Azərbaycan səfiri intihar edən merdən yazdı
Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov intihar etmiş Seul meri Pak Von Sun barədə fikirlərini bölüşüb.
Azvision.az xəbər verir ki, səfir sosial şəbəkədəki paylaşımında mərhumu tanımaqdan böyük şərəf duyduğunu və hər zaman onu həm professional olaraq, həm də şəxsi münasibətlərdə xoş xatirələrlə yada salacağını yazıb.

“O, qlobal düşüncəli, yeni fikir və təşəbbüslərə açıq idi. Kreativ düşünərək, özünü və başqalarını Koreya ilə digər ölkələr arasında ikitərəfli münasibətləri inkişaf etdirəcək yeni imkanları nəzərdən keçirməyə təşviq edirdi”, - deyə səfir vurğulayıb.

Xatırladaq ki, Park Von Sun ötən gün Seulun mərkəzindəki rəsmi iqamətgahının yaxınlığında meşədə ölmüş halda tapılıb. O, ölümündən əvvəl yazdığı vida məktubunda bütün vətəndaşlardan və ailəsindən üzr istəyib. Araşdırma zamanı merin intihar etdiyi məlum olub.

Sun 2022-ci il prezident seçkilərində hakim Vahid Demokrat Partiyasının mümkün namizədi hesab edilirdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Seul