Makron Fələstinə görə Netanyahuya xəbərdarlıq edib

  10 İyul 2020    Oxunub : 2709
Makron Fələstinə görə Netanyahuya xəbərdarlıq edib
Fransa Prezidenti Emmanuel Makron İsrailin Baş Naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Fələstin ərazilərini ilhaq etmək üçün görüləcək tədbirdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

"Emmanuel Makron Benyamin Netanyahuya Fransanın Yaxın Şərqdə sülh tərəfdarı olduğunu xatırlatdı və Fələstin ərazilərini ilhaq etmək üçün heç bir tədbir görməməsini istədi. O, belə bir addımın beynəlxalq hüquqa zidd olacağını və hər iki ölkə arasında ədalətli və davamlı sülhü təhlükəyə atacağını diqqətə çatdırıb".

Bundan əlavə, Makron Fransanın İsrailin təhlükəsizliyinə sadiqliyini və Yaxın Şərqdəki gərginliyi azaltmaq əzmini xatırladıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İsrail   Fələstin