Rusiya Qran-prisinin vaxtı dəqiqləşdi

Rusiya Qran-prisinin vaxtı dəqiqləşdi
  10 İyul 2020    Oxunub:3438
“Formula 1” üzrə Rusiya Qran-prisinin təyin olunmuş tarixlərdə keçiriləcəyi təsdiqlənib.
Azvision.az xəbər verir ki, qərar əsasən, Qran-pri sentyabrın 25-dən 27-dək Soçidə təşkil olunacaq.

Bir müddət əvvəl “Formula 1” rəhbərliyi sərhədlər bağlandığına görə, Rusiyadan yarışı təxirə salmasını istəmişdi. Bu tədbirlər koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq edilib.

Xatırladaq ki, F-1 mövsümünün başlanması COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. İlin ilk yarışı iyunun 5-də Avstriyada keçirilib, Valtter Bottas birinci yeri qazanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriyada  





Xəbər lenti