İranda bir gündə 142 nəfər koronavirusdan öldü

  10 İyul 2020    Oxunub : 2640
 İranda bir gündə 142 nəfər koronavirusdan öldü
İranda son sutka ərzində yeni növ koronavirusa 2262 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək 252 720 nəfər virusa yoluxub, 215 015 xəstə sağalıb. Son sutkada 142 nəfər olmaqla, COVID-19 qurbanlarının sayı 12 447-yə çatıb.

Hazırda 3319 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus   Pandemiya