Səfir Saakaşviliyə görə yenidən Gürcüstan XİN-ə çağırıldı

Səfir Saakaşviliyə görə yenidən Gürcüstan XİN-ə çağırıldı
  10 İyul 2020    Oxunub:3384
Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, buna səbəb sabiq prezident, Ukraynanın Milli İslahatlar üzrə Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin açıqlaması olub.

Saakaşvili daha əvvəl "Facebook" səhifəsində Gürcüstan hökumətinin legitimliyini tanımadığını, oktyabrın sonlarında keçiriləcək parlament seçkiləri zamanı "ön xəttdə" olacağını yazıb.

Məlumata görə, görüşdə gürcü tərəfi ölkələr arasında ikitərəfli strateji münasibətlərin və dostluğun vacibliyini bir daha vurğulayıb, Ukrayna rəhbərliyi nümayəndəsinin Gürcüstana qarşı qəbuledilməz ifadələrindən narahatlığını bildirib.

Qeyd edilib ki, Gürcüstan qanunlarını pozan bu cür hərəkətlər ikitərəfli münasibətlərə ciddi ziyan vurur. Gürcüstan tərəfi Kiyevin bu faktı nəzərə alacağına və hər iki ölkə bundan sonra da münasibətləri inkişaf etdirmək üçün səy göstərəcəyinə ümidini ifadə edib.

Səfir isə bu mövqeyi ölkəsinin müvafiq qurumuna çatdıracağını, Saakaşvilinin yalnız şəxsi fikirlərini və mövqeyini ifadə etdiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti